\"Qalatasaray\"a kim gəlir: Fatih Terim, yoxsa Erik Gerets?

\"Qalatasaray\"a kim gəlir: Fatih Terim, yoxsa Erik Gerets?
İstanbulun \"Qalatasaray\" futbol klubunun prezidentliyinə əsas namızəd sayılan Ünal Aysal, prezident seçilərsə, klubun baş məşqçisi postuna kimi dəvət edəcəyini hələ müəyyənləşdirə bilmir. Siasport.az saytı xəbər verir ki, 70 yaşlı zəngin iş adamı ilə komandası arasındakı fikir ayrılığı da klubun sükanı arxasına Fatih Terimin, yoxsa Erik Geretsin gətirilməsi ilə bağlıdır. Ü.Aysalın komandasında ikinci adam kimi qəbul olunan Ali Dürüst isə Ü.Aysala daha çox F.Terim variantı üzərində durmağı təklif edir və təklifində də israrlıdır. \"İmperator\"un yaxın dostu sayılan A.Dürüst hesab edir ki, \"Qalatasaray\"ı bu durumdan məhz F.Terim xilas edə bilər. Amma işin başqa bir tərəfi onunla bağlıdır ki, artıq Ü.Aysal E.Geretsə təklifini göndərib və belçikalı baş məşqçi də \"Qalatasaray\"dan təklif aldığını Avropa mətbuatına açıqlayıb. Amma hər şey mayın 14-də keçirilən prezident seçkilərindən sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə