İngiltərənin "Liverpul" futbol klubunun xəzinəsi aşıb-daşır. Siasport.az saytı xəbər verir ki, böhran vəziyyətin baş alıb getməsinə baxmayaraq "Liverpul" klubu nüfuzunu qorumaqda davam edir. əgər belə olmasaydı, nüfuzlu reklam şirkətləri bu klubla əməkdaşılığı davam etdirməzdilər. İngilis klubu forma geyimləri üzrə əməkdaşlıq etdiyi dünyaca məşhur "Adidas" firması ilə əməkdaşlığına son qoyaraq, ABŞ-ın "Warrior Sports" şirkəti ilə ildə 25 milyon avro gəlir əldə etmək şərti ilə yeni müqavilə imzalayıb. Bu gəlirə görə, "Liverpul" digər bir ingilis nəhəngi və bu mövsüm İngiltərə çempionluğuna əsas namizəd sayılan "Mançester Yunayted" futbol klubunu 2 milyon avro qabağlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB