"Fənərbaxça" futbol klubu 133 gündür ki, məğlubiyyət üzü görmür

"Fənərbaxça" futbol klubu 133 gündür ki, məğlubiyyət üzü görmür

İstanbulun "Fənərbaxça" futbol klubu 133 gündür ki, məğlubiyyət üzü görmür. Siasport.az saytı xəbər verir ki, səfərdə "Bucaspor"u 5:3 hesabı ilə məğlub edən İstanbul təmsilçisi, bununla da məğlubedilməzlik seriyasını 14-ə çatdırıb. Mövsümün əvvəlindən başlayaraq almaniyalı Kristof Daumun istefasından sonra bir müddət özünə gələ bilməyən və toparlana bilməyən "sarı lacivərdlilər", sonrakı mərhələdə özlərində güc taparaq Aykut Kocamanın iş prinsipinə və taktiki gedişlərinə uyğunlaşa bildilər. İndi "Fənərbaxça", Türkiyə çempionluğuna əsas namizəd hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə