Gənc Azərbaycan idmançıları Uşaq Olimpiya Oyunlarına yollanıblar

Gənc Azərbaycan idmançıları Uşaq Olimpiya Oyunlarına yollanıblar
Türkiyənin Ankara şəhərində Paralimpiya idman növü üzrə Dünya Uşaq Oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, yarışlarda iştirak etmək üçün Avropa, Asia, Afrika, Amerika qitələrindən, ümumilikdə 90 ölkədən 3000-ə yaxın idmançı uşaq Türkiyənin paytaxtına toplaşıb. Yarışlar 10 idman qurğusunda - atletika, voleybol, badminton, basketbol, bossia, qılıncoynatma, qolbol, cüdo, tennis, uşu, üzgüçülük idman növləri üzrə keçirilir. 
Qeyd edək ki, bu yarış Uşaq Olimpiya Oyunları üçün ilk addımıdır.
Həmin yarışlarda ölkəmizi Azərbaycanın uşaqlarından ibarət qolbol komandası təmsil edəcək. 
Bu möhtərəm idman tətbirinə uşaqlara dəstək vermək məqsədi ilə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da yollanır.

Bütün xəbərlər Facebook səhifəmizdə