Quiza 343 gündən sonra qol vurdu, sevincindən ağladı...

Quiza 343 gündən sonra qol vurdu, sevincindən ağladı...
İstanbulun \"Fənərbaxça\" futbol klubu dünən səfərdə \"Bucaspor\" futbol klubu ilə dramatik qarşılaşmada 5:3 hesablı qələbə qazanaraq çempionluq yolunda böyük şans qazandı. Siasport.az saytı xəbər verir ki, bununla da \"sarı lacivərdlilər\", qarşıdakı 4 qarşılaşmanı da xal itirmədən keçirə bilsə, çempionluğu bayram etməli olacaqlar. Dünənki dramatik qarşılaşma isə, daha çox 343 gündür ki, rəqib qapılarına yol tapa bilməyən ispaniyalı forvard Daniel Quizanın qol vurması ilə əlamətdar oldu. Son dəfə keçən ilin mayın 16-da \"Trabzonspor\"a qarşı keçirilən oyunda qol vuran D.Quiza, yaşadığı zədələr üzündən zaman-zaman yaşıl meydanlardan uzaq oldu. Qol vurandan sonra sevunc göz yaşlarına hakim olmayan ispaniyalı, azarkeşlərə tərəf yürüyərək sevincini onlarla bölüşüb. Canlı yayımda D.Quizanın qol vurandan sonra ağladığını görən İstanbul klubunun prezidenti Əziz Yıldırım isə ona telefonla zəng edərək klubda hər kəsin onu çox sevdiyini və \"Fənərbaxça\" azarkeşlərinin də ona hər zaman dəstək olacaqlarını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə