1263 dəqiqəyə 1 qol
"Xəzər Lənkəran" klubunun hücumçusu Emeka Opara uzun müddətli qol həsrətinə son qoyub. Siasport.az saytı xəbər verir ki, çoxdandır ki, qol vura bilməyən nigeriyalı legioner bu uğursuz seriyanı Azərbaycan Premyer Liqasının XXVIII turunun AZAL-la oyununda qırıb. Aprelin 23-də keçirilən görüşün 76-ci dəqiqəsində fərqlənən Emeka düz 1 il idi ki, rəqib qapılarına yol tapa bilmirdi.
 
Afrikalı sonuncu dəfə ötən il məhz aprelin 23-də, yəni 365 gün əvvəl qol vurmuşdu. Opara həmin vaxt da indi olduğu kimi Lənkəran şəhər stadionunu bakılılarla qarşılaşmada ayağa qaldırmışdı. Lakin həmin \"qurban\" AZAL deyil, "İnter" olmuşdu. Premyer Liqanın ötən mövsümünün XXIX turunun görüşünün 88-ci dəqiqəsindəki həmin qol \"Xəzər Lənkəöran\"ı məğlubiyyətdən xilas etmişdi - 2:2.
 
Qeyd edək ki, Opara 365 gün ərzində 1263 dəqiqə meydanda qol axtarışlarında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə