Kaka qız atası oldu

İspaniyanın "Real Madrid" futbol klubunun Kral Kubokunu qazanması, deyəsən futbolçuların da həyatında gözəl anların yaşanmasına yol açıb. Siasport.az saytı xəbər verir ki, kral klubunda bu dəfəki sevinc həyəcanı, klubun braziliyalı futbol ulduzu Kakanın qız övladının dünyaya gəlməsi ilə davam edib. Futbolçunun xanımı Karolina Seliko, "Real"ın ulduzuna ikinci dəfə atalıq sevinci yaşadıb. Övladının durumunun kifayət qədər yaxşı olduğunu deyən gənc ana, bu duyğunu dünyanın ən şirin duyğusu hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə