Türkiyədə "Bucaspor" komandasının futbol akademiyasının təşkil etdiyi yeniyetmələrin beynəlxalq futbol turniri başa çatıb. Siasport.az saytı xəbər verir ki, U-13 komandalarının iştirak etdiyi turnirdə yerli "Bucaspor"la yanaşı, "Beşiktaş", "Trabzonspor", "S.C.Staaken", "Berlin Türkiyəm Spor" və paytaxtın "Bakı" komandası iştirak edib. Təəssüflər olsun ki, Adil Şükürovun yetirmələri keçirdiyi bütün görüşlərdə məğlub ayrılıblar. Təmsilçimiz ümumilikdə öz qapısından 29 top buraxıb. Ən üzücü məqam isə ondan ibarətdir ki, keçirilən 5 oyunun heç birində yeniyetmə futbolçularımız bir dəfədə olsun fərqlənə bilməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB