Radik İsayev Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünə layiq görülüb
Azərbaycan Prezidenti İlham Əliyev Radik Veleddin İsayevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
SİA-nın məlumatına görə, R.İsayev xüsusi olimpiya təqaüdünə XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə layiq görülüb.
Xatırladaq ki, taekvondoçu R.İsayev "Rio-2016"da milli komandamıza qızıl medal qazandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB