Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçirəcəkləri səfər oyunu ilə bağlı fikirlərini bölüşüb: "Oyuna hazırlıq yaxşı gedir. Məşqçilərimiz şans versə, oynamağa hazıram. Yığmada hər şey fərqlidir. Klubdan hansı əhval-ruhiyyə ilə gəlməyimizin fərqi yoxdur. Qələbə qazanmağa çalışacağıq. Yenilər də yaxşı təsir bağışlayır. Transfer pəncərəsi artıq bağlanıb. Ona görə də qışa qədər Azərbaycanda oynayacağam. İndi ancaq yığmanın oyununu düşünürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB