İstanbulun "Qalatasaray" futbol klubunun sabiq futbolçusu Uğur Tütünəkər həbs edilib. Türkiyə mətbuatı yazır ki, FETÖ terror təşkilatına bağlılıqda ittiham olunan daha bir veteran futbolçu dünən Atatürk Hava Limanında saxlanılaraq polis bölməsinə aparılıb. İsveçrənin "Vil" klubunu çalışdıran Tütünəkər Terrorla Mübarizədə Şöbə Müdirliyində dindirilib. Xatırladaq ki, "Qalatasaray"ın digər sabiq futbooçuları – Hakan Şükür və Arif Ərdəm haqqında da həbs qərarı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB