\"Rusiyalı mütəxəssislər gimnastlarımızın çıxışlarını yüksək qiymətləndirdilər\"-ÖZƏL
Rusiyanın Vladimir şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, "Xrustalnie Zvezdoçki 2011" adı altında ənənəvi olaraq təşkil edilən turnirdə azərbaycanlı gimnastlar da iştirak ediblər. Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan və digər ölkələrin idmançılarının mübarizə apardığı yarışda bədii gimnastlarımız uğurlu çıxışları ilə seçiliblər. Belə ki, müxtəlif yaş qruplarında yarışan Balaxanım Əhmədova, Leyli İbrahimova, Lala Kramarenko, Aydan Məmmədova və Ləman Hacıyeva ilk "onluğa" daxil olaraq adlarından söz etdirməyi bacarıblar. Azərbaycanlı gimnastları səfərə aparan məşqçimiz Natalya Nərimanovanın siasport.az saytına verdiyi məlumata görə, turnir onlar üçün çox uğurlu alınıb: \"Rusiyalı mütəxəssislər gimnastlarımızın çıxışlarını yüksək qiymətləndirdilər. Orada rəqabət çox güclüdür. Məndə idmançılarımızın nümayiş etdirdiyi çıxışdan razı qaldım. Artıq növbəti səfərə hazırlaşırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB