\"Maraqlı və gözəl oyun oldu. Fikrimcə, qələbə \"Qarabağ\"ın haqqı idi. Allahın köməkliyi ilə üç xalı qazandıq. Nəticədən razı qaldım\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"İnter\"lə oyundan sonra fanat.az-a açıqlamasında \"Qarabağ\"ın vitse-prezidenti Tahir Gözəl deyib.
Artıq çempionluq mübarizəsinin bitdiyini düşünən Tahir bəy \"Qarabağ\"ın bundan sonrakı hədəfini açıqlayıb: \"Birinci pillə ilə aramızda xal fərqi çoxdu. Amma biz mübarizəmizi davam etdirəcəyik. Yekun nəticəni indidən bilmək olmaz. \"Qarabağ\" bu il indiyədək heç olmadığı qədər güclüdür. Bundan sonra hədəfimiz Avropada sözümüzü deməkdir. Premyer Liqanı ikinci pillədə tamamlayıb, Avropa Liqasında ötən ilkindən daha böyük uğur qazanmaq istəyirik\".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB