Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, üçüncü yarış günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb. Azərbaycan güləşçiləri iki çəki dərəcəsində təmsil olunub.
67 kq çəkidə mübarizə aparan Elis Manolova ardıcıl olaraq Özbəkistan və Ukraynadan olan rəqiblərini məğlub edib. Yarımfinalda güləşçimiz Fransa təmsilçisi ilə görüşü uduzub. Bürünc medal görüşünə haqq qazanan Elis Manolovanın həlledici qarşılaşmada rəqibi Hindistan təmsilçisi olacaq.
Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
51 kq
1/8 final - Nodira Sabirova (UZB) - Səbinə Həmzəlzadə 9:6
67 kq
Bürünc medal görüşü - Anil Mane Reşma (İND) - Elis Manolova
1/2 final - Koumba Selene Fanta Larroque (FRA) - Elis Manolova 3:0
1/4 final - Yuliia Lisovska (UKR) - Elis Manolova 0:3
1/8 final - Elis Manolova - Baxtigül Baltaniyazova (UZB) 5:0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB