"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibaərət komandası 2-ci Beynəlxalq Kuşadası turnirindəki çıxışına yekun vurub. Siasport.az xəbər verir ki, ¼ finalda "Sautempton"a məğlub olaraq medallar uğrunda mübarizədən kənar qalan təmsilçimiz 5-8-ci yerlər uğrunda mübarizədə yerli "Bucaspor"la qarşılaşıb və 0:1 hesabilə məğlub olub. Turnirin son oyununda "Qəbələ" "Altay"la üz-üzə gəlib. Matçın əsas vaxtı 0:0 bitdiyindən qalib penaltilərlə müəyyənləşdirilib. Penaltiləri daha dəqiq yerinə yetirən təmsilçimiz 3:2 hesabilə qalib gəlib və turniri 7-ci yerdə yekunlaşdırıb.
NTV Spor kanalı ilə canlı yayımlanan Dünya və Türkiyə yığmaları arasındakı matç isə sülhlə sona çatıb-2:2. İki 25 dəqiqəlik hissə şəklində oynanan "All Star Match"ın hər yarısına komandalar fərqli 11-liklərlə çıxıblar. Dünya yığmasına dəvət alan "Qəbələ"nin futbolçularından Fərid Əsədli ilk hissədə, Bəhlul Mustafazadə isə ikinci yarıda meydançaya çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB