“Kəpəz” milli komandaya məğlub olub

“Kəpəz” milli komandaya məğlub olub

Dünya çempionatının seçmə mərhələsinin qarşılaşmaları səbəbindən Topaz Premyer Liqasında yaranmış fasilə müddətində "Kəpəz" yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, "sarı-göylər" Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer adaları komandası ilə oyuna hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən matç U-21-in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə