Jaba: \"Xəzər Lənkəran\"la kubok oyunu bizim üçün olduqca vacib bir matçdır\"

Jaba: \"Xəzər Lənkəran\"la kubok oyunu bizim üçün olduqca vacib bir matçdır\"
\"Bakı" klubunun braziliyalı hücumçusu Jaba "Neftçi" ilə səfər oyunu, rəqibin çempionluq şansları, komandanın hazırki durumu və "Xəzər Lənkəran"la kubok oyunu barədə fikirlərini bildirib. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır: "Neftçi" ilə oyuna yaxşı hazırlaşmışıq. Bu hazırlıq eyni zamanda "Xəzər Lənkəran"la keçiriləcək vacib oyuna da aiddir. "Neftçi" yaxşı komandadır və çempionatın vahid lideridir. Sabahkı rəqib çempionluğunu rəsmiləşdirmək üçün yalnız qələbəyə oynayacaq. Premyer Liqada iddamız qalmasa da, hər oyun olduğu kimi bu oyuna da yalnız qələbə üçün çıxacağıq.
"Xəzər Lənkəran"la kubok oyunu bizim üçün olduqca vacib bir matçdır. Kubok oyununda qələbə qazanmaq əsas məqsəddir, çünki, bu oyunda məğlubiyyət mövsümün sonu deməkdir. Ona görə sonacan vuruşub, qələbə qazanmaq lazımdır. Necə ki keçən il bunu etmişdik.
Komanda hər oyuna ürəklə, qələbə ruhu ilə çıxmalıdır. Bu belə olmasa, növbəti oyunlarda da məğlubiyyətdən qaça bilməyəcəyik. Heyətdə dəyişikliklər yer alsa da, bu il "Bakı" çox güclüdür. 
Sadəcə komandada qələbə ruhu çatmır. 
Sonda "Bakı" azarkeşlərinə bildirmək istəyirəm ki, son vaxtlar uğursuz çıxış etməyimizə baxmayaraq, onlardan sonadək dəstək gözləyirik\".


Bütün xəbərlər Facebook səhifəmizdə