19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Özbəkistanın \"Bunyodkor\" klubunun müvafiq yaş qrupundan ibarət komandası arasında keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov AFFA-nın rəsmi saytına fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: \"Komandada yorğunluq hiss olunurdu. Məğlubiyyətə əsas səbəb təcrübəsizlik oldu. Rəqib bu baxımdan bizi üstələyirdi. Kobud səhvlər buraxdıq. Bu çatışmazlıqları aradan qaldırmalıyıq\".
Xatırladaq ki, oyun 3:1 hesabı ilə \"Bunyodkor\"un xeyrinə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB