"Qarabağ" klubu artıq "İnter"lə oyuna hazırdır. Siasport.az saytı xəbər verir ki, sabah Premyer Liqanın final mərhələsinin 2-ci dövrəsi çərçivəsində baş tutacaq görüş üçün komanda dünən ilk dəfə tam heyətlə məşq keçib. Millinin düşərgəsindən dönən 6 futbolçunun da qatıldığı məşqdə "Qarabağ" "İnter"lə oyun üçün tam heyətlə çalışma imkanı əldə edib. Bu, Ağdam təmsilçisinin "bankir"lərə qarşı taktiki baxımından çalışmaq üçün yeganə imkanı idi. Bu gün komanda oyunun keçiriləcəyi Suraxanı qəsəbə stadionunda 1 saatlıq yüngül məşqlə kifayətlənəcək.
Xatırladaq ki, "Qarabağ" - "İnter" oyunu aprelin 24-də Suraxanıda Tofiq İsmayılov adına qəsəbə stadionunda saat 16:30-da baş tutacaq.
Xatırladaq ki, "Qarabağ" - "İnter" oyunu aprelin 24-də Suraxanıda Tofiq İsmayılov adına qəsəbə stadionunda saat 16:30-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB