"Neftçi” "Rəvan”la qarşılaşıb

"Neftçi” "Rəvan”la qarşılaşıb

"Neftçi" yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, komanda "Rəvan" klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş 2:2 hesabı ilə nəticələnib. "Neftçi"nin heyətində Katalin Tira və Cavid İmamverdiyev fərqləniblər. Əsas heyətin 10 futbolçusu oyunda iştirak etməyib. Buna səbəb komandanın 6 üzvünün milli komandaların düşərgəsinə yollanması, 4 üzvünün isə zədəli olmasıdır.

Əvəzində, əvəzedici komandanın 17 yaşlı futbolçusu Elçin Əsədov, Anton Krivotsyuk və Maksim Vaylo start heyətində meydana çıxıb. Fasilədən sonra isə digər gənc oyunçular - Kamran İbrahimov, Sənan Əbilov, Ömər Buludov, Orxan Sabirbəyli, Kənan Mirzəliyev, Samir Əhmədov və Aqşin Qurbanlıya da şans verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə