Cüdoçularımız yeniyetmələr bu gün Avropa Kubokunda qüvvələrini sınayacaqlar

Cüdoçularımız yeniyetmələr bu gün Avropa Kubokunda qüvvələrini sınayacaqlar

Bu gün Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında Avropa Kubokuna start veriləcək. Siasport.az saytı xəbər verir ki, iki gün davam edəcək yarışda Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının məşqçiləri Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında ümumilikdə 18 cüdoçumuz qüvvəsini sınayacaqdır. Oğlanların yarışında Telman Vəliyev, Sadıq Məhərrəmov (50 kq), Əlifani Qardaşxanzadə (55 kq), Rəşad Rufullayev, Eşqin Məmmədov (hər ikisi - 60 kq), İslam  Abdulrəhmanzadə, Mixayıl  Anayev, Musa Mehdiyev, Hüseyn Rəhimli (hər dördü - 66 kq), Firuddin Dadaşov (73 kq), Qurban Qurbanov,  Kamran Hüseynov (hər ikisi - 81 kq), Cəlil Şükürov və Ülvi İsayev (hər ikisi - 90 kq)  mübarizəyə qoşulacaqlar.  Xanım cüdoçularımızı isə Çinarə Quliyeva (40 kq), Səkinə  Zayirova (44 kq), Nəzakət Məhərrəmova (48 kq) və Əfsanə Hüseynova (52 kq) təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə