“Fiorentina”nın hücumçusu “Fənərbaxça”ya gəlir?

“Fiorentina”nın hücumçusu “Fənərbaxça”ya gəlir?

İtaliyanın "Fiorentina" futbol klubunun ulduz futbolçusu Gilardinyo, futbol həyatını İstanbulun "Fənərbaxça" klubunda davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, italyan klubunun rəhbərliyi ilə, konkret olaraq isə "Fiorentino"nun idman direktoru Corvino ilə son dərəcədə kəskin münasibətlərdə olan Gilardinyo, mövsümün sonunda klubdan ayrılmağı düşünür.Futbolçunun meneceri Fedele "Tockana" radiosuna verdiyi açıqlamada bildirib ki, bu cür davam edərsə, futbolçu qəti şəkildə klubla yollarını ayıracaq. Menecer bildirib ki, klub rəhbərliyi unutmasın ki, əlindəki ən böyük forvardı transfer etmək üçün "Yuventus", "Napoli" və "Fənərbaxça" fürsət axtarır.

Bütün xəbərlər Facebook səhifəmizdə