Transfer pəncərəsinin son günündə "Qəbələ" daha bir futbolçunu heyətinə cəlb edib. SİA-nın məlumatına görə, bölgə klubu Ruslan Qurbanovun ardından xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçlə anlaşıb. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolda ilk addımlarını "Croatia Sesvete" klubunda atan cinah yarımmüdafiəçisi 17 yaşında Xorvatiyanın ən titullu komandası olan Zaqreb "Dinamo"sunun gənclərdən ibarət heyətinə cəlb edilib. Peşəkar karyerasına da bu klubda başlayan Franyiç 2010-2014-cü illərdə "Dinamo"ya məxsus olub. O, bu müddətdə icarə əsasında "Lokomotiv" (2010), "Radnik" (2010-2013) və "İstra"nın (2013) formasını geyinib. "Dinamo" ilə müqaviləsi başa çatandan sonra Petar "İstra" (2014-2015) və "Split"də (2015-2016) çıxış edib. Franyiç Xorvatiya çempionatının yüksək liqasında 66 oyunda 10 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB