Elnur Məmmədli ikiqat Avropa çempionu oldu

Elnur Məmmədli ikiqat Avropa çempionu oldu
Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan yığmasının üzvü, olimpiya çempionu Elnur Məmmədli qızıl medal qazanıb. Siasport.az saytı xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici görüşdə moldovalı Sergiu Toma ilə qarşılaşıb. E.Məmmədli rəqibini məğlub edərək ikinci dəfə Avropa çempionu olub.

Bu gün yarışan digər idmançılarımız - 73 kq çəki dərəcəsində Ramil Qasımov və Renat Mirzəliyev, 81 kq çəki dərəcəsində Elxan Rəcəbli, qadınlar arasında 63 kq çəki dərəcəsində Ramilə Yusubova mükafatçılar sırasına düşə bilməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com