Arda Turan sərt açıqlamalar verdi!

Arda Turan sərt açıqlamalar verdi!

İstanbulun \"Qalatasaray\" futbol klubunun kapitanı Arda Turan müxtəlif məsələlər barədə bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, \"NTV\"-nin \"Aktual futbol\" proqramına müsahibə verən A.Turan, Avropada oynamaq istədiyini, amma bundan əvvəl \"Qalatasaray\"ın mənfəətlərini düşündüyünü də dilə gətirib: \"Artıq hər kəs \"Atletiko Madrid\"ə gedəcəyimi danışır. Amma mənim üçün əsas məsələ \"Qalatasaray\"ın mənfəətidir. Bu klub mənim üçün hər şeydir. Onun formasını geymək mənim uşaqlıq arzum idi. Buna da nail oldum. O məni bu günlərə gətirib çıxarıb. Çalışıram ki, geydiyim formanın haqqını verim. Amma bəziləri tərəfindən də yeri gəldi-gəlmədi təqib olunuram. 6 ay zədəli qaldım, bir allah bilir ki, nələr çəkirdim. Amma yalandan dedilər ki, Arda qəsdən oynamır. İşlər yaxşı gedəndə Arda əla olur, işlər pisə doğru yuvarlananda hər şeyə görə günahkar yenə Arda olur\"-deyə A.Turan fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə