İspaniyanın \"Barselona\" futbol klubunun Kral kubokunu qazana bilməməsi və əzəli rəqibinə uduzması, bu klubdakı hər kəsi üzüntüyə salıb. Siasport.az saytı xəbər verir ki, katalonları ən çox üzən isə Kubokun finalında məhz əzəli rəqibə uduzmalarıdır. \"Barselona\"nın pərəstişkarları arasında kolumbiyalı məşhur müğənni Şakira da var. Mügənni oyundan sonra \"Barselona\"nın futbolçusu olan sevgilisi Gerard Piquenin boynuna sarılaraq onu öpüşlərə qərq edib. Bununla sevgilisinə təsəlli olmağa çalışan müğənni, eyni zamanda Twitterdəki səhifəsində \"Uduzmaq hər zaman çox üzücü olur. Amma mən \"Real\"ı təbrik edirəm\" sözləri ilə baş verənlərə münasibətini belə ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB