Oliver Kann 125 min avro cəriməni ödəmək istəmir

Oliver Kann 125 min avro cəriməni ödəmək istəmir

Almaniya futbolunun canlı əfsanələrindən sayılan məşhur qapıçı Oliver Kannın vergi qalmaqalı ilə bağlı üzləşdiyi problem getdukcə böyüyür. Siasport.az saytı xəbər verir ki, məşhur alman qolkiper Lansut Sut məhkəməsi tərəfindən ona qarşı iləri sürülən vergi ittihamını qəbul etmək istəmir və müvafiq instansiyalara müraciət etmək niyyətindədir. Məsələ burasındadır ki, məhkəmə alman qolkiperin Dubay şəhərindən Almaniyaya dönən zaman 6,5 milyon avroluq qiymətli əşyanı vergi orqanlarından gizlətdiyini əsas gətirərək, onu 125 min avro cərimələyib. Bu qərar isə O.Kannın qəzəbinə səbəb olub. Qapıçı artıq vəkili vaitəsi ilə məhkəmədən yuxarı instansiyalara şikayət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə