Dünən bir zamanlar Azərbaycan yığmasının şərəfini qoruyan İlqar Əbdürrəhmanovun I Divizionda çıxış edə biləcəyi barədə xəbər yayımlamışdıq. Siasport.az saytına daxil olmuş bu məlumatda bildirilirdi ki, İlqar Əbdürrəhmanov hazırda Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Abşeron" klubunda və yaxud Premyer Liqaya 2-ci vəsiqəni qazanmağa əsas namizəd olan "Rəvan"da qop qova bilər. Siasport.az-ın bu xəbəri bir çox mətbuat orqanlarında da yayımlanmışdı.
\"Abşeron\" klubu xəbərə dərhal reaksiya verib. Belə ki, komandanın baş məşqçisi Mirbağır İsayev klubun rəsmi saytı vasitəsilə məlumatı təkzib edib: "Klub strategiyamızın əsas istiqaməti bacardıqca çox yerli gənc futbolçuları komandaya cəlb edib, onların ustalıqlarının inkişafı üçün səy göstərməkdən ibarətdir. Görünür kimlərsə arzu olunanları həqiqət kimi qələmə verməyə maraqlıdırlar".
Yayımladığımız xəbərdə isə heç də konkret olaraq \"Abşeron\" klubundan söhbət getmir. Həmçinin xəbərdə qətilik də əks olunmayıb.
Xəbərlə bir daha tanış ola bilərsiniz:
http://www.siasport.az/index.php?action=static_detail&static_id=56172
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB