Premyer Liqanın mart ayı üçün ən yaxşı oyunçusu seçilən "Neftçi"nin yarımmüdafiəçisi Flavinyo "Xəzər Lənkəran"lı Elnur Allahverdiyevin onun üçün ən çətin müdafiəçi olması ilə bağlı suala belə cavab vermişdi: "Nəinki Elnuru, Azərbaycanda heç bir müdafiəçini özümə ciddi rəqib görmürəm".
Siasport.az saytı "Sport Favorit" qəzetinə istinadən xəbər verir ki, Flavinyonun fikirləri ilə tanış olan Elnur Allahverdiyev braziliyalıya cavab verib: "Flavinyo elə söz deyə bilməz. "Neftçi" ilə keçirdiyimiz oyunlarda göründü kim kimdi. O, məni bir dəfə keçə bilməyib. Elə danışıbsa, mən də deyirəm ki, Flavinyo Azərbaycana gəlmiş ən səviyyəsiz legionerdi. Mətbuat onu qaldırıb qoyub dağın başına. Güclü futbolçu Elnur haqda o cür danışmaz. Zəifdi ki, elə deyib də. Dörd səviyyəli legioner tanıyıram - Uinston Parks, Robertas Poşkus, Georgi Adamiya və Julius Vobay. Flavinyoya bir balaca toxunan kimi özünü yerə atır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB