Azərbaycan idmançılarının Avropa çempionatında mübarizəsi davam edir
Türkiyənin İstanbul şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, dünən baş tutan görüşlərdə Azərbaycan idmançılarından 60 kq-da Nicat Şixəlizadə və İlqar Müşkiyev, 66-da Tərlan Kərimovla Samir Dadaşzadə və qadınlardan 57 kq-da Kifayət Qasımova qüvvəsini sınayıb. Amma bu idmançılardan yalnız biri - Tərlan Kərimov gümüş medal qazanıb. Kifayət Qasımova isə V yeri tutub. Bu gün 73 və 81 kq-da kişilər, 63 və 70 kq çəki dərəcəsində isə qadınlar yarışacaq. Azərbaycanı 73 kq-da Ramil Qasımovla Renat Mirzəliyev, 81 kq-da isə Olimpiya çempionumuz Elnur Məmmədli və Elxan Rəcəbli təmsil edəcək. 63 kq çəkili qadınlar arasında isə ölkəmiz adına Ramilə Yusubova tatamiyə qalxacaq.
Renat Mirzəliyev (73 kq) startda moldovalı Lue Luri ilə qarşılaşacaq.
Bu çəkidə Ramil Qasımov ikinci mərhələdən mübarizəyə başlyacaq. Onun rəqibi isə çexiyalı Yaromir Yejek olacaq.
81 kq-da güləşən Elnur Məmmədli çempionuq yolunda ilk öncə yunanıstanlı Pavlos Qrakalovu üstələməlidir.
Elxan Rəcəbli isə serbiyalı Aleksandr Kukoljla başlayacaq.
Avropaya yollanan iki xanımdan biri Ramilə Yusubovanın (63 kq) AÇ tatamisində ilk rəqibi macar Ester Qaspar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB