Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2011-ci il üçün tədbirlər planına müvafiq olaraq Respublika Şahmat Mərkəzində 2001-2002-ci il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Respublika Şahmat Məktəbini, Həmkarların RŞDK-nu, RŞK-nı, Bakı şəhəri üzrə 1, 2, 3 saylı şahmat məktəblərini, 16 və 19 saylı UGİM-ləri, Neftçi İSM-i, T.İsmayılov adına UGYS-nı, Nizami rayonu UGYM-ni təmsil edən 110 nəfər (onlardan 25 nəfəri qızlardır) iştirak edib. Gərgin idman şəraitində keçirilən yarışlar İsveçrə sistemi üzrə keçirilib.
Oğlanlar arasında I yeri tutmuş Kənan Qarayev (2 №-li UGŞİM), II yeri tutmuş Sadiq Ağayev (1 №-li İOEUGŞDİM), III yeri tutmuş Aslan Sadıqlı (Həmkarların RŞDK), IV yeri tutmuş Rəşad Əzimov (16 №-li UGİM), qızlar arasında I yeri tutmuş Leyla İbrahimli (1 №-li İOEUGŞDİM), II yeri tutmuş Nigar Mustafazadə (RİOEUGŞM), III yeri tutmuş Tomris Əliyev (Həmkarların RŞDK), IV yeri tutmuş Aytac Heydərova (T.İsmayılov adına UGYS) və V yeri tutmuş Anna Qauzer (2 №-li UGŞİM) iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar.
Yarışları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi altında hakimlər kollegiyası idarə edib.
I, II, III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB