Candan Erçetin "Qalatasaray"da
Martın 14-də keçiriləcək seçkidə "Qalatasaray" prezidentliyinə namizəd olacaq Ünal Aysalın planları məlum olub. Siasport.az saytı xəbər verir ki, Aysal vitse-prezident postunu üç dönəm "Qalatasaray" İdarə Heyətinin üzvü və prezident köməkçisi olmuş Ali Dürüstə təklif edib.
Ali Dürüstün razılığını alan Aysal onunla Fatih Terim haqqında danışıb. Prezidentliyə namizəd gələcək vitse-prezidentdən "İmperator"un yenidən "Qalatasaray"a dönüb-dönməyəcəyini soruşub. Ali Dürüst isə "Terim belə bir zamanda "Qalatasaray"ı yalnız buraxmaz" deyib.
Aysal Fatih Terimə böyük səlahiyyətlər vermək istəyir. Genel müdir, Futbol Şöbəsi və idman direktoru vəzifələri özündə birləşdirəcək bir şəxs olacaq "İmperator" sərhədsiz səlahiyyətlə sahib olacaq. İşinə prezident də daxil olmaqla heç kim qarşımayacaq. Bütün futbol komandaları, futbol məktəbləri onun tabeçiliyində olacaq və Terim gələcəyin "Qalatasaray"ını qurmaq üçün gücünü səfərbər edəcək.
Aysalın siyahısındakı növbəti isim Abdurrahim Albayrakdı. Azarkeşlərin çox sevdiyi Albayrak İdarə Heyətində yer alacaq.
Prezidentliyə namizədin siyahısında sürpriz bir isim də var. Belə ki, Aysal məşhur müğənni Candan Erçetinə "Qalatasaray"da vəzifə vermək istəyir. Amma onun hansı postu tutacağı məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə