Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçirilir. SİA-nın məlumatına görə, ilk yarış günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıb.
60 kq çəki dərəcəsində yarışan Mikayıl Rəhmanov yarışa 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq Çin, Bolqarıstan və Gürcüstan idmançılarını məğlub edən güləşçimiz yarımfinalda Qırğızıstan təmsilçisinə uduzub. Bürünc medal uğrunda görüşə haqq qazanan Mikayıl Rəhmanov Türkmənistan idmançısı ilə qarşılaşıb. Ancaq görüşü məğlub başa vuran güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB