İspaniyanın "Real Madrid" futbol klubunun baş məqşçisi Joze Mourinyo "Real"ın fəxri prezidenti Alfredo Di Stefanonun cavabını verib. Siasport.az saytı xəbər verir ki, La Liqa çərçivəsində keçirilən ötən həftəki qarşılaşmadan sonra "Real"ın futbolçularını siçovula bənzədən və J.Mourinyonu da intizamsız komanda yaradaraq meydana çıxardığına görə tənqid hədəfinə alan fəxri prezident, deyəsən Kral Kubokunu başı üzərinə qaldıran j.Mourinyonun sərt tənqidindən canını qurtara bilməyib. başqalarının onun işinə qarışmasından zəhləsi getdiyini deyən J.Mourinyo, komandanın necə oynamasını onun müəyyənləşdirdiyini bildirb: "Cənab Alfredo Di Stefanonun "Real"ın tarixindəki yerini hörmətlə anıram. O, bu klub üçün çox böyük işlər görüb, bunu bilirəm. Amma qoy imkan versinlər ki, mən də işimlə məşğul olum. Komandanın necə oynayacağını cənab Stefano deyil, mən müəyyənləşdirirəm"-deyə J.Mourinyo fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB