"Beşiktaş" ukraynalı qapıçısını "Malaqa"ya icarəyə verdi

"Beşiktaş" ukraynalı qapıçısını "Malaqa"ya icarəyə verdi

İstanbulun "Beşiktaş" futbol klubu, ukraynalı qapıçısı Denis Boykonu icarəyə verib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, ukraynalı qolkiper karyerasını "Malaqa"da davam etdirəcək. La Liqa təmsilçisi 28 yaşlı futbolçunun 1 illik icarəsi üçün İstanbul klubuna 300 min avro ödəyəcək. Qeyd edək ki, Denis Boyko ötən il "Dnepr"dən "Beşiktaş"a transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə