Bu gün cüdo üzrə Avropa çempionatına start verilib. Siasport.az saytı xəbər verir ki, İstanbulda təşkil olunmuş yarışda 14 idmançımızdan 5-i bu gün tatami üzərinə çıxıb. Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 60 kq çəki dərəcəsində millimizin üzvü Nicat Şıxəlizadə ilk görşündə Rusiya təmsilçisi Beslan Mudranovla qarşılaşıb və rəqibi ipponla məğlub edib. O, növbəti mərhələdə Almaniya idmançısı Tobias Englmayer ilə üz-üzə gəlib və məğlub olub.
Eyni çəkidə İlqar Müşkiyev isə Böyük Britaniyadan olan Eşli Makkenzi ilə münasibətlərə aydınlıq gətirib. İ.Müşkiyev rəqibini asanlıqla məğlub etdikdən sonra, növbəti mərhələdə Moldova təmsilçisi Artyom Nacuya da qalib gəlib. İdmançımız növbəti görüşdə hollandiyalı Jeron Merenlə qarşılaşıb və ipponla qalib gəlib. 1/8 finalda isə cüdoçumuz gürcüstanlı Betkil Şukvaniyə ipponla məğub olub. Bürünc medal uğrunda təsəlliverici görüşdə isə İ.Müşkiyev İtaliya təmsilçisi Elio Verde səddini keçə bilməyib.
66 kq çəki dərəcəsində püşkatmaya görə Samir Dadaşzadənin ilk görüşü olmayıb. Növbəti mərhələdə isə o, Rumıniya cüdoçusu Laslo Joke ilə yarışıb. Çüdoçumuz məğlub olaraq yarışla vidalaşıb.
Həmin çəki dərəcəsində Tərlan Kərimovun da ilk görüşü olmayıb. İkinci mərhələdə o, fransalı David Larosu məğlub edib. Daha sonra gürcüstanlı Şalva Kardavaya da qalib gələn idmançımız ¼ finalda Rusiya cüdoçusu Musa Moquşkova da ipponla qalib gəlib və ½ finala vəsiqə qazanıb. Bu mərhələdə o, Böyük Britaniya təmsilçisi Kolin Oatesdən üstün olub. İdmançımız finalda mübarizə aparacaq.
Qadınlar arasında isə 57 kq çəki dərəcəsində Kifayət Qasımova ilk görüşündə rumıniyalı Andrea Stefaniya Çituya qalib gəlib.
O, növbəti qarşılaşmada macarıstanlı Hedviq Karakas ilə münasibətlərə aydınlıq gətirib. Bu görüşdən də qalib ayrılan K.Qasımova fransalı rəqibini də məğllub etdikdən sonra ½ finalda portuqaliyalı Telma Monteyroya məğlub olub. Buna baxmayaraq idmançımız bürünc medal uğrunfda yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB