İngiltərənin "Liverpul" futbol klubu yenə ingilis mətbuatının diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, son bir neçə ildir ki, düşdüyü böhran durumundan çıxmaq üçün yollar axtaran ingilis klubu, Kenyy Dalglişin baş məşqçi postuna qayıtması ilə nəhayət ki, əvvəlki günlərini özünə qaytarmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, indi ingilis mətbuatı son bir neçə il ərzində olduğu kimi "Liverpul"u tənqid etmir, əksinə ona təriflər yağdırmağa başlayıb. İngilis mətbuatı, yeni baş məşqçinin klubun aşağı yaş qruplarından əsas heyətə cəlb olunan gənc futbolçulara yer verməsini böyük uğur kimi təqdir edərək, "Liverpul"un artıq "futbol fabrikinə" çevrildiyini yazır. "Arsena"la qarşı keçirilən kritik oyunda baş məşqçinin 18 yaşlı Joh Flanagana və 17 yaşlı Jak Robinsona əsas heyətdə yer verməsi, onların prinsipial qarşılaşmalarda uğurlu çıxışları və klubun əvəzedici heyətində çıxış edən gənc futbolçuların ardıcıl olaraq irəli çəkilməsi, ingilis mətbuatının da təqdirlə qarşıladığı məqamlar sırasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB