"Neftçi"nin Futbol Akademiyası komandaları yeni mövsümə hazırlığı davam etdirir. SİA-nın məlumatına görə, bu dəfə "Neftçi" TV 15 yaşadək futbolçulardan ibarət komandanın düşərgəsinə baş çəkib. Düşərgədən maraqlı videoreportajı və U-15 komandasının baş məşqçisi Arslan Quliyevin açıqlamasını təqdim edirik:
"Artıq üçüncü həftədir məşqlərə başlamışıq. "Zirə" komandası ilə yoxlama oyunu keçirmişik. Baxışda olan futbolçuları yoxlayırıq, artıq bu həftə heyəti komplektləşdirəcəyik. Hədəfimiz, ümumiyyətlə, futbol akademiyasının hədəfi əsas komandaya futbolçular hazırlamaqdır. Təbii, yaxşı olar ki, gözəl oyun göstərib, qələbələr qazanmaqla futbolçular yetişdirək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB