"Medalların geri alınması ilə bağlı federasiyaya rəsmi məlumat daxil olmayıb" AÇIQLAMA
"FloWrestling"in Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya Oyunlarında qazandığı medalların dopinq səbəbindən geri alına biləcəyinə dair yaydığı xəbər haqqında Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev açıqlama verib. O, SİA-ya bildirib ki, sözügedən məsələ haqda Azərbaycan Güləş Federasiyasına heç bir rəsmi məlumat daxil olmayıb: "Azərbaycan güləşçilərinin medallarının geri alınması ilə bağlı Beynəlxalq Dopinq Komitəsindən federasiyaya hər hansı rəsmi məlumat daxil olmayıb. Ona görə də hansısa saytda çıxmış bir xəbərə şərh vermək düzgün olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB