Jairo: "Neftçi”də xoşbəxtəm” AÇIQLAMA

Jairo: "Neftçi”də xoşbəxtəm” AÇIQLAMA

"Neftçi" PFK-nın müdafiəçisi Jairo bəzi KİV-də onunla bağlı dərc olunmuş məlumatlara münasibət bildirib. SİA-nın məlumatına görə, braziliyalı futbolçu klubun rəsmi saytına açıqlamasında bunları deyib: "Bu ilin sonunda "Neftçi"dən gedəcəyim xəbərini oxuyanda çox təəccübləndim. Bu məlumat həqiqəti əks etdirmir. Mən "Neftçi"dəyəm və müqaviləmin müddəti başa çatanadək burada qalacağam. Bizim çox gözəl kollektivimiz var. Komandamızın uğurları üçün birlikdə əlimizdən gələni etməyə çalışacağıq. "Neftçi"də xoşbəxtəm".

Bütün xəbərlər Facebook səhifəmizdə