Manuel Fernandes \"Beşiktaş\"ı \"Valensiya\"dan üstün tutdu

Manuel Fernandes \"Beşiktaş\"ı \"Valensiya\"dan üstün tutdu

İstanbulun \"Beşiktaş\" futbol klubunun İspaniyanın \"Valensiya\" futbol klubundan icarəyə götürdüyü portuqaliyalı ulduzu Manuel Fernandes, gələn mövsüm də İstanbul klubunun şərəfini qoruyacaq. Siasport.az saytı xəbəb verir ki, bu barədə portuqaliyalı futbolçunun özü məlumat verib. O bildirib ki, hazırda \"Beşiktaş\"da futbol oynamaqdan məmnundur və futbol həyatını daha bir il də İstanbulda davam etmək istəyir: \"Buranı çox sevirəm. İstanbul doğrudan da möhtəşəm şəhərdir. Yaşamaq üçün hər şey qaydasındadır. \"Beşiktaş\"da da işlər yaxşı gedir. İndi Türkiyə Kubokunu qazanmaq üçün bizim azacıq məsuliyyətli olmağımız və finala ciddi hazırlaşmağımız bəs edər ki, bu Kuboku muzeyimizə aparaq. Komanda yoldaşlarımla da münasibətlərimiz əladır. Gələn mövsüm də burada qalmaq istərdim\"-deyə M.Fernandes fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə