"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti bu mövsüm İspaniya Primerosu və İngiltərə Premyer Liqasının yekunlarına dair proqnozunu açıqlayıb. SİA-nın məlumatına görə, o, "Real"ın çempion olacağını düşündüyünü qeyd edib: "Düşünürəm ki, "Real" bu mövsüm çempion olmağı bacaracaq və Ronaldo Primeranın bombardiri olacaq. Premyer Liqaya gəldikdə isə favorit "Mançester Siti"dir. Ən yaxşı hücumçu isə çox güman ki, Zlatan İbrahimoviç seçiləcək".
Qeyd edək ki, "Kral klubu"nun prezidenti Florentino Peres mövsümün əvvəlində komandanın İspaniya çempionluğu, İspaniya kuboku və Çempionlar Liqasını qazanmalı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB