"Beynəlxalq Gənclər Günü münasibəti ilə "Əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyası" adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gələcəyə Doğru Gənclərin İnkişafı" ictimai birliyi tərəfindən təşkil olunmuş tədbir, Sabunçu rayonu 1 saylı Sağlamlıq İmkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 50-dən çox fiziki məhdudiyyətli gəncin iştirak etdiyi 3 hissəli tədbirdə iştirakçılar arasında "Breyn rinq", şahmat və dama çempionatları təşkil edilib.
Tədbirin ikinci günü layihə iştirakçıları Respublika Stend Atıcılığı İdman Kompleksində təşkil olunmuş atıcılıq yarışlarında qüvvələrini sınayıblar.
Qeyd edək ki, yarışlar zamanı "Səs Azərbaycan" şousunun iştirakçıları tərəfindən konsert proqramı təşkil edilib. Tədbir ziyafət ilə davam edib.
Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qaliblərə diplom və qiymətli hədiyyələr, bütün tədbir iştirakçılarına isə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB