Azərbaycan yığmasının keçmiş üzvü I divizionda çıxış edəcək-ÖZƏL

Azərbaycan yığmasının keçmiş üzvü I divizionda çıxış edəcək-ÖZƏL
Bir zamanlar Azərbaycan yığmasının şərəfini qoruyan İlqar Əbdürrəhmanov I Divizionda çıxış edə bilər. Siasport.az saytının əldə etdiyi məlumata görə, bir zamanlar çıxış etdiyi Salyan təmsilçisi "Muğan"dan ayrılan İlqar Əbdürrəhmanov karyerasını I divizion klublarından birində davam etdirə bilər. Məlumat əldə etdiyimiz mənbə bildirir ki, İlqar Əbdürrəhmanov hazırda Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Abşeron" klubuna keçə bilər. Həmçinin Premyer Liqaya 2-ci vəsiqəni qazanmağa əsas namizəd olan "Rəvan" da təcrübəli futbolçunun xidmətində maraqlıdır. Lakin hələ ki, tərəflər mövsümün sona çatmasını gözləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə