Kamran Ağayev karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər

Kamran Ağayev karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər
Kamran Ağayev karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Siasport.az saytı fanat.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın \"Frankfurter Neue Presse\" nəşri xəbər yayıb.
Xəbərdə qeyd edilir ki, millimizin və \"Xəzər Lənkəran\"ın üzvü \"Ayntraxt\"ın maraq dairəsinə düşüb. \"Frankfurter Neue Presse\" iddia edir ki, qapıçı problemi ilə üzləşən klub vəziyyətdən azərbaycanlı qolkiperi transfer etməklə çıxmaq istəyir.
Hətta Azərbaycan milisinin qapıçılarla işləyən məşqçisi Uli Ştayn də xəbəri təsdiq edib. Alman çalışdırıcı Kamranın \"Ayntraxt\"a keçməyə yaxın olduğunu deyib: \"Kamran Bundesliqanın ən yaxşı qapıçısı ola bilər. O, tezliklə \"Ayntraxt\"a keçəcək\".

Bütün xəbərlər Facebook səhifəmizdə