Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayırlar

Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayırlar

Bu gün cüdo üzrə Avropa çempionatı başlayacaq. Siasport.az saytı xəbər verir ki, İstanbulda təşkil olunmuş yarışda 14 idmançımız mübarizə aparacaq. Bu gün 5 cüdoçumuz mübarizəyə qoşulacaq. Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 60 kq çəki dərəcəsində millimizin üzvü Nicat Şıxəlizadə ilk görşündə Rusiya təmsilçisi Beslan Mudranovla, eyni çəkidə İlqar Müşkiyev isə Böyük Britaniyadan olan Eşli Makkenzi ilə münasibətlərə aydınlıq gətirəcək. 66 kq çəki dərəcəsində püşkatmaya görə Samir Dadaşzadənin ilk görüşü olmayacaq. Növbəti mərhələdə isə o rumıniyalı Laslo Joke və gürcüstanlı Georgi Şoşiaşvili qarşılaşmasının qalibi ilə yarışacaq. Həmin çəkidə Tərlan Kərimovun da ilk görüşü olmayacaq. O, ikinci mərhələdə Fransa təmsilçisi David Larosla üz-üzə gələcək. Qadınlardan isə 57 kq çəki dərəcəsində Kifayət Qasımova ilk görüşdə rumıniyalı Andrea Stefaniya Çitu ilə qarşılaşcaq.

Bütün xəbərlər Facebook səhifəmizdə