Messi 2 matçda oynamayacaq

DÇ-2018-in seçmə mərhələsində Uruqvay və Venesuela ilə görüşlərdə Lionel Messi meydanda olmayacaq. SİA-nın məlumatına görə futbolçu zədə səbəbindən sözügedən görüşü kənardan izləyəcək.

Onu da nəzərinizə çatdıraq ki, Messinin komanda yoldaşı Serxio Aquero da zədəli olduğu üçün həmin görüşdə oynamayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə