\"Real Madrid\" \"Kral Kuboku\"nu qazandı

\"Real Madrid\" \"Kral Kuboku\"nu qazandı
Növbəti \"El Klassiko\" \"Mestalya\"da baş tutdu. Siasport.az saytı xəbər verir ki, bu qarşılaşma \"Kral Kuboku\"nun finalında üz-üzə gələn əzəli rəqiblərin kubokdakı 29-cu dueli idi. Bu oyuna qədər keçirilən 28 qarşılaşmanın 14-də \"Barselona\", 9-da \"Kral Klubu qalib gəlmişdi. Qalan 5 qarşılaşma isə heç-heçə ilə nəticələnmişdi. Ümumilikdə isə bu matç \"El Klasiko\" tarixində baş tutan 211-ci qarşılaşma oldu. 
Matça \"Real\" daha fəal başladı. İlk hissədə \"Barselona\"dan üstün oyun nümayiş etdirən \"Kral Klubu\" rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət də yarada bildi. Lakin \"Barsa\" I hissədə İker Kasilyasın qoruduğu qapıya yaxınlaşa bilmirdi. İlk hissədə hesab açılmadı. İkinci hissəyə isə \"Barsa\" daha fəal başladı. Rəqibi topsuz qoyma taktikasını \"Katalonlar\" işə salmışdı. Lakin tərəflər bir neçə təhlükəli vəziyyət yaratsa da hesab açılmadı. Əsas vaxtı qolsuz başa çatan matçın əlavə vaxtında \"Real\"ın portuqaliyalı ulduzu Ronaldo komandasının vacib qolunu vurdu. 103-cü dəqiqədə vurulmuş bu qol \"Real\"a qələbə və kuboku qazandırdı-0:1.

İspaniya kuboku
Final
20 aprel
 
\"Barselona\" - \"Real Madrid\" 0:1
Qollar: Ronaldo, 103.


Bütün xəbərlər Facebook səhifəmizdə