U-17 millimizə yeni baş məşqçi təyin olunub

U-17 millimizə yeni baş məşqçi təyin olunub

17 yaşadək futbolçulardan ibarət milli komandamızın yeni baş məşqçisi müəyyənləşib. Qol.az-ın məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Rafiq Mirzəyevi onun köməkçisi Vüqar Məmməd əvəzləyib: "Vüqar Məmməd müvəqqəti olaraq U-17-yə baş məşqçi təyin edildi. O, uzun illərdi yığmada köməkçi məşqçi kimi çalışır. Qərara gəldik ki, ona şans verək. O, komandanın əsasını təşkil edən futbolçuları çox yaxşı tanıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə