“Mənim üçün əsas “Neftçi”nin çempion olmasıdır”

“Mənim üçün əsas “Neftçi”nin çempion olmasıdır”

"Azərbaycana gələn gündən ancaq "Neftçi"nin uğurunu düşünmüşəm".  Siasport.az saytı xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının "Ən yaxşı oyunçu"sunun mükafatlandırılması mərasimində Bakının "Neftçi" klubunun yarımmüdafiəçisi Flavio Aleks Valensio (Flavinyo) jurnalistlərə bildirib.
Futbolçu bir sıra açıqlamalar verməklə gündəmə gəlib: "Mənə dedilər ki, "Neftçi" bir neçə ildir çempion ola bilmir. Komandamın çempionluğu mənim üçün əsasdır. Bütün komandalar bizə qarşı güclü oynayır. Son turda AZAL da bizə qarşı yaxşı oynadı. "Qarabağ" və "Xəzər-Lənkəran" klublarını qeyd etmək istərdim, hər ikisi yaxşı komandadır. Mənim və ya komanda yoldaşım Bahodir Nasimovun qol vurmasının elə də əhəmiyyəti yoxdur. Əsas "Neftçi"nin çempion olmasıdır. İstərdim ki, Azərbaycan komandaları Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparsınlar".

 

Bütün xəbərlər Facebook səhifəmizdə